ÜYE GİRİŞİ
epostaşifre
üye olmak için tıklayın

ANLAŞMALI KURUMLAR
Vətənpərvər bir Pedaqoqu əks ettirən cümlələr...

Müqabil müəllimdən bizə bir çox şey yadigar qaldı, əsas da bu unudulmaz sözləri: hər birimiz bir amal uğrunda yaşamalıyıq: Hər şey Vətən üçün!

Ulu Tanrı hər bir bəndəni yaradır. İnsan dünyaya gəlir, böyüyüb, boya-başa çatır, həyatın hər bir sürprizlərinə rast gəlir. Yaşadığı müddətdə əksər varlıqlara qarşı qəlbində sevgi hiss edir: ata-anaya, qardaş-bacıya, hansısa bir qıza, yaxud da oğlana qarşı, Vətənə qarşı... İnsanlara olan sevgini, bəlkə də, nəyinsə hesabına əldə edə bilər, lakin Vətənə qarşı sevgini əldə etmək anlamı yoxdur. Çünki ona olan sevgi- sanki insanın daxilində doğan bir günəş kimidir, heç vaxt sönməz, o, dünyada var olduqca Vətənə qarşı sevgisi daha da inkişaf edir. Bəndənin ki qəlbində Vətənə məhəbbəti varsa, şübhəsiz ki, insanlara qarşı hörmət etməyi, nikbin olmağı bacarar, əlbətt. Hər bir insan dünyaya gəlib yaşadığı müddətdə istənilən bir hərəkəti ilə iz qoyub dünyadan köçər ki, belə şəxsiyyətlərimizdən biri də rəhmətlik- Zəngilan sakini, gözəl, istedadlı pedaqoq Müqabil müəllim idi. Fərhadov Müqabil Nəci oğlu qızmar yay günlərinin birində 13 avqust 1953-cü ildə Zəngilan rayon Babaylı kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb. Orta təhsilini Babaylı kəndində başa vurduqdan sonra Bakı Dövlət Universiteti "Tarix" fakultəsinə daxil olub, həmin fakultəni bitirmişdir. Bir müddət Zəngilan rayon Ağalı kəndində həmin kənd ümumi orta məktəbin direktor müavini vəzifəsində çalışıb.

Ermənilərin mənfur siyasəti nəticəsində digər həmyerlilərimiz kimi Müqabil müəllim də öz ailəsi ilə birgə məcburiyyət qarşısında qaldığı təqdirdə dədə-baba yurdunu tərk edərək, Bakı şəhərinə pənah gətirib. Məskunlaşdığı Pirşağı qəsəbəsi İcra Hakimiyyətinin nümayəndəsi, Zəngilan rayon 32 saylı orta məktəbin direktoru və s. kimi müxtəlif vəzifələrdə işləyib. İcra nümayəndəsi vəzifəsində işlədiyi dönəmdə Pirşağı qəsəbəsində yaşayan sakinlərin: qaz, işıq, su ilə təmin olunmasında əvəzsiz rolu olan Müqabil müəllim, həmçinin savadlı bir pedaqoq idi. O, istər məktəb direktoru, istərsə də ixtisası üzrə müəllim işlədiyi dönəmdə çalışardı ki, şagirdlərinə bilikdən öncə, vətənpərvərliyi aşılasın. Axı, necə də olsa, müəllim özü bir şəxsiyyət olduğu kimi, Vətənə layiq insan yetişdirdirməli idi ki, fəxr hissi ilə haqqında yazdığım, bu gözəl pedaqoq- elə müəllimlərdən biri idi. 

20 iyul 2015-ci il... Əfsuslar olsun ki, artıq 3 aydır ki, Müqabil müəllim ətrafımzda yoxdur. O, haqqın rəhmətinə qovuşub. Vaxtsız əcəl onu bizdən ayırsa belə, o, bizim və onu sevənlərin qəlbində daima yaşayır və yaşayacaqdır da! 2 qız, 1 oğul atası olan Müqabil müəllimdən bizə bir çox şey yadigar qaldı, əsas da bu unudulmaz sözləri: hər birimiz bir amal uğrunda yaşamalıyıq: Hər şey Vətən üçün! 

Müqabil Fərhadovun vaxtsız ölümündən kədərləndiyimi bildirb, onun ailəsinə və əzizlərinə dərin hüznlə başsağlığı verirəm. Allah qəni-qəni rəhmət eləsin.

 

Yazan: Nərmin AĞAQIZI


ekleme tarihi : 21 / 07 / 2015

Copyright © 2010 - 2013 Tüm hakları saklıdır. Eskişehir Azerbaycanlılar Derneği