ÜYE GİRİŞİ
epostaşifre
üye olmak için tıklayın

ANLAŞMALI KURUMLAR
Azərbaycanlı Aşıq Fəxrəddin Şirvanlı

Aşıq Sənəti – Xalq mühitində yaranmış şifahi xalq yaradıcılığının musiqi formasıdır və təsir gücü, məşhur olması və kamilliyi baxımından analoqu olmayan bir təzahürdür. Bu, kiçik bir tamaşadır, burada musiqi, saz və müəllif-aşıq vəhdət təşkil edir.

Kəndim Göylərim


Xoşbəxt zamanın oğluyam məndə
Görəm nur axır şəhərə kəndə 
Adına söz dedim Kəndim Göylərim!

Şəhərə gələndə görürəm məndə
Çox bəzək vurulub torpağa kəndə
Gözəl busatına baxıb güləndə
Adına söz dedim Kəndim Göylərim!

Gələn heyran qalır hər büsatına
İşləməkdə söz yox kişi, qadına
Kolxozumuz qurulub ingilis adına

Şəhərə layiqdir Kəndim Göylərim!

 

19 Bulaq kəndindən axır
Gözəllər əlinə alnına yaxır
Duydum ki gələnlər fərəhlə baxır 
Adına söz dedim Kəndim Göylərim!

 

********************************

 

DÜNYA


Kim bilir başına nə gələr sabah
Gündə min fəlakət baş verir dünya
Biri üçün gün çıxmır ayda naz edir
Birinin qışını daim yaz edir
Birinin ömrümdən kəsib az edir
Birinə uzun ömür yaş verir Dünya
Bax inkar etginən özün-özünə
Birgün aşıq Fəxrəddin axrar özünə 
Birini həsrət qoyur çörək üzünə 
Birinə hər gecə aş verir dünya.

 

********************************

 

Hörmət Qalacaq


Can gedəcək bu dünyanın əlindən
İnsandan insana hörmət qalacaq
Könül aldanma dünya malına 
Bir gün gedəcəksən dövlət qalacaq!

Bir-birinin ayağından çəkənə
Günahlıq eyləyib alqan tökənə
Düz söz əvəzinə pis söz deyəndə
Bu dünyada min-min nifrət qalacaq!

Bir gün yaranmısan bir gün gedəssən
Yaxşı bir insansan qedir bilənsən
Fəxrəddin gileylənmə bir gün gedənsən
Sözün nəsillərə nəsiyət qalacaq!

 

Yazan: Aşıq Fəxrəddin Şirvanlı. 



ekleme tarihi : 20 / 07 / 2015

Copyright © 2010 - 2013 Tüm hakları saklıdır. Eskişehir Azerbaycanlılar Derneği