ÜYE GİRİŞİ
epostaşifre
üye olmak için tıklayın

ANLAŞMALI KURUMLAR
QADIN –CƏNNƏTƏ GEDİLƏN YOLDUR.

“8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə başda öz anam olmaqla bütün analarımızı, xanımlarımızı ürəkdən təbrik edirəm. İşərində uğurlar, qadın ve ailə xoşbextliyi arzulayıram.

ABŞ’ın Nyu-York şəhərində 8 mart 1857-ci il tarixində 40.000 tekstil fabrikində işləyən işçilər tətilə çıxdılar. 16 saatlıq iş zamanı, pis şəraitdə işləmələri və az maaş almaları qadınların etiraz etmələrinə səbəb oldu. Həmin zaman çoxu qadın olmaqla 129 insan öldü.

1910-cu il avqustun 26-27-də Danimarkanın Kopenhagen şəhərində Beynəlxalq qadınlar yığıncağında (Beynəlxalq Sosialist Qadınlar Konferansı) Almaniya İctimai Demokratik Partiyası liderlərindən Klara Setkin 8 Mart 1857-ci ildə tekstil fabrikasında ölən qadın işçilərin xatirəsinə hörmət əlaməti olaraq həmin günü “Dünya Qadınlar Günü” kimi qeyd etməyi təklif elədi və təklif qəbul edildi.

“8 Mart Beynelxalq Qadınlar Bayramı” nın əvvəlki adı “Qadın haqqları günü” idi. Özbəkistanda isə “Analar Günü” adını daşıyır.

Avropada bu bayram ilk dəfə, Danimarka, İsvecrə, Almaniya, Avstriyada 1911-ci ildə qeyd olunmağa başlandı. Azərbaycanda isə ilk dəfə 1917-ci ildə qeyd edildi.

Bugün dünyada eləcədə Azərbaycanda qadın haqqları və hüqüqlarının qorunması qanuni əsaslara uyğun şəkildə həyata keçirilir. Sosial  həyatın bütün sahələrində əks cinsin nümayəndələri ilə eyni ortamda çalışan xanımlarımız bilik, bacarıqlarıyla öz sözlərini söyləməkdə davam edirlər. Qadınlara verilen söz azadlığı, eləcədə qadın hüquqları onların ictimaitdə söz sahibi olmalarına, çalışdıqları sahədən asılı olmayaraq dahada irəliyə getmələrinə şərait yaratdı.

Qadın hər şeydən əvvəl kişinidə, qadınıda dünyaya  gətirən, cənnətin qapıları ayaqlarının altında olan, bir duaları ilə üzümüzə bağlanan qapılar acılan müqəddəs analardır. Qadın hər şeydən öncə ANADIR. QADIN HƏR ŞEYDƏN ÖNCƏ CƏNNƏTƏ GEDİLƏN YOLDUR... Boşuna cənnət anaların ayaqları altındadır deyilməyib. Qadın bir sözlə hər şeyi  ilə örnək anılacaq İNSANDIR.

Bir daha “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə başda öz anam olmaqla bütün analarımızı, xanımlarımızı ürəkdən təbrik edirəm. İşərində uğurlar, qadın ve ailə xoşbextliyi arzulayıram.

Yazan: Vüsale NOVRUZLU


ekleme tarihi : 07 / 03 / 2015

Copyright © 2010 - 2013 Tüm hakları saklıdır. Eskişehir Azerbaycanlılar Derneği